DÇ-2026: ABŞ-dən parlaq start, Baloqandan dubl - VİDEO

13 İyun 2026 08:22
125
DÇ-2026: ABŞ-dən parlaq start, Baloqandan dubl - VİDEO

ABŞ milli komandası futbol üzrə dünya çempionatı-2026-da çıxışına inamlı qələbə ilə başlayıb. D qrupunun ilk turunda amerikalılar Paraqvayı 4:1 hesabı ilə məğlub ediblər.

İdman.Biz xəbər verir ki, turnirin ev sahibləri artıq 7-ci dəqiqədə hesabı açıblar. ABŞ yığmasının təhlükəli hücumundan sonra paraqvaylı müdafiəçi Damian Bobadilya topu öz qapısına göndərib.

31-ci dəqiqədə ABŞ-ın üstünlüyünü Baloqan artırıb. O, komanda yoldaşının ötürməsindən sonra dəqiq zərbə ilə fərqlənib.

Birinci hissənin sonlarına yaxın Baloqan dubla imza atıb. O, ilk hissəyə əlavə olunmuş 5-ci dəqiqədə ikinci qolunu vuraraq hesabı 3:0-a çatdırıb.

İkinci hissədə Paraqvay Maurisionun 73-cü dəqiqədə vurduğu qolla fərqi azalda bilib. Lakin cənubi amerikalılar matçda dönüş yaratmağa nail olmayıblar.

Oyunda son nöqtəni 90+8-ci dəqiqədə Covanni Reyna qoyub – 4:1.

Dubl müəllifi olan Baloqan bununla da dünya çempionatının bombardirləri siyahısında liderliyə yüksəlib.

ABŞ yığması ilk üç xalını qazanaraq D qrupunda vahid lider olub və pley-offa yüksəlmək yolunda ciddi iddiasını ortaya qoyub.

İdman.Biz