FIFA dünya çempionatında iştirak edən komandalar üçün mükafat fondunu artırmağı planlaşdırır.
İdman.Biz xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Hazırda 48 komandanın hər biri minimum 10,5 milyon dollar əldə edir, turnirin qalibi isə 50 milyon dollar qazanır. Bildirilir ki, bu məbləğlərin yaxın gələcəkdə artırılması gözlənilir.
Qeyd olunur ki, buna səbəb mundialdan əldə ediləcək gəlirin 11 milyard dolları keçəcəyinə dair proqnozlardır.
