“Neftçi”dən 15 illik REKORD: Azarkeşlər tribunaları doldurdu

28 Aprel 2026 10:55
160
“Neftçi”dən 15 illik REKORD: Azarkeşlər tribunaları doldurdu

Misli Premyer Liqasının 29-cu turunda keçirilmiş “Neftçi” - “Qarabağ” oyununu stadiondan 9500 tamaşaçı izləyib.

İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, Bakı klubunun Premyer Liqadakı ev matçlarında son 15 mövsümün ən yüksək göstəricisidir.

“Ağ-qaralar”ın meydanında daha çox izləyici sonuncu dəfə 2010/2011 mövsümündə qeyd alınıb.

2011-ci il fevralın 13-də “Xəzər Lənkəran”la Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmanı (0:0) 10 min azarkeş izləyib.

Qeyd edək ki, “Neftçi” “Palms Sports Arena”dakı görüşdə “Qarabağ”a 1:5 hesabı ilə uduzub.

İdman.Biz
Məqalədə: