“Sumqayıt” səfərdə neçə qələbə qazanıb?

28 Aprel 2026 10:48
157
“Sumqayıt” səfərdə neçə qələbə qazanıb?

“Sumqayıt” Premyer Liqada 50-ci səfər qələbəsini qazanıb.

İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 29-cu turuna təsadüf edib.

“Gənclik şəhəri” təmsilçisi “İmişli” ilə görüşdə 2:0 hesabı ilə qalib gəlib.

Yubiley qələbəsi 233-cü səfər matçına təsadüf edib. “Sumqayıt” turnirin tarixində rəqib meydanında ən azı 50 və daha çox qələbə qazanan 12-ci komanda olub və bu göstəricidə “Şəmkir”ə çatıb.

Sumqayıtın eyniadlı təmsilçisinin ilk səfər qələbəsi 2011/2012 mövsümünə təsadüf edib. Komanda 2011-ci il noyabrın 5-də “Qarabağ”a qalib gəlib - 2:1.

İdman.Biz