Kevin Medina “Qarabağ”ın heyətində 200-cü oyununu keçirib

28 Aprel 2026 11:25
133
Kevin Medina “Qarabağ”ın heyətində 200-cü oyununu keçirib

Kevin Medina “Qarabağ”ın heyətində 200-cü oyununu keçirib.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kolumbiyalı müdafiəçinin yubileyi Misli Premyer Liqasının 29-cu turunun “Neftçi” ilə görüşə (5:1) təsadüf edib.

O, 200 matçda 6 qola imza atıb.

Bu görüş Kevinin çempionatda 117-ci (3 qol) oyunu olub. O, avrokuboklarda 69 (3 qol), ölkə kubokunda 14 dəfə meydana çıxıb.

Qeyd edək ki, cənubi amerikalı 2020-ci ilin yayından “Qarabağ”da forma geyinir.

İdman.Biz