“Sumqayıt”dan 21-ci əsrin antirekordu

28 Aprel 2026 11:58
120
“Sumqayıt”dan 21-ci əsrin antirekordu

“Sumqayıt” Misli Premyer Liqasının 2025/2026 mövsümündə beşinci dəfə penaltidən yararlana bilməyib.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi mövsümdəki səkkiz belə imkanın yalnız üçünü qola çevirib.

29-cu turun “İmişli” ilə səfər görüşündə (2:0) Nikola Ninkoviç 11 metrlik cərimə zərbəsindən dəqiq ola bilməyib.

Bir komandanın mövsümdə beş penaltidən yararlanmaması turnirdə 21-ci əsrin antirekordudur. 2001-2026-cı illərdə üç dəfə bir komanda mövsüm ərzində 4 imkanı qaçırıb. “Şəfa” 2001/2002 mövsümündə 5, “Qarabağ” 2020/2021, “Sabah” isə 2022/2023 mövsümündə eyni sayda - 9 imkanın dördündən istifadə edə bilməyib.

“İmişli” ilə görüşədək bu antirekordun şəriki olan “Sumqayıt” artıq həmin üç komandanı da “geridə qoyub”.

Qeyd edək ki, ümumilikdə cari mövsümdə təyin olunan 60 penaltidən 48-i qolla nəticələnib. Bu zərbələrdən istifadə faizi 80-ə bərabərdir.

İdman.Biz