UEFA hakimi yeniyetməyə təcavüz şübhəsi ilə saxlanılıb

28 Aprel 2026 12:33
176
UEFA hakimi yeniyetməyə təcavüz şübhəsi ilə saxlanılıb

Böyük Britaniyada UEFA səviyyəli futbol hakimi yeniyetməyə qarşı qeyri-etik hərəkətlərdə şübhəli bilinərək saxlanılıb.

İdman.Biz xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mənbənin məlumatına görə, insident otellərdən birində baş verib. Bildirilir ki, hakim ictimai zonada yeniyetmə ilə söhbətə başlayıb, daha sonra ona toxunmağa cəhd edib və öz otağına dəvət etməyə çalışıb.

Hadisə barədə polisə ya zərərçəkənin özü, ya da onun tanışı məlumat verib. Hakim oteldən ayrıldıqdan sonra avrokubok matçını idarə edib, daha sonra geri qayıdaraq UEFA nümayəndələrinin iştirakı ilə saxlanılıb. Dindirildikdən sonra o, zaminə buraxılıb.

Qeyd olunur ki, bu referi 2026-cı il dünya çempionatının oyunlarına təyin olunan hakimlər siyahısında yer alıb. FIFA isə bildirib ki, araşdırma başa çatana qədər o, qurumun himayəsi altında keçirilən yarışlarda iştirak etməyəcək. UEFA da vəziyyətlə bağlı “dərin narahatlıq” ifadə edib və hakimi oyunlardan uzaqlaşdırıb.

İdman.Biz
Məqalədə: