“Barselona” Ter Ştegenə güvənmir

28 Aprel 2026 13:15
164
“Barselona” Ter Ştegenə güvənmir

İspaniyanın "Barcelona" futbol klubu icarə əsasında “Jirona”də çıxış edən qapıçı Mark-Andre Ter Stegenə ümid bağlamır.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Fernando Polo məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, yay transfer pəncərəsində qolkiper üçün ən real variant yeni icarədir. Əgər hansısa klub onun transferinə risk etməsə, bu ssenari daha mümkün hesab olunur.

Hazırda tam transfer ehtimalı aşağı qiymətləndirilir. “Jirona” Ter Ştegeni bu ilin yanvarında icarəyə götürüb. O, komandanın heyətində cəmi iki oyun keçirib və iki qol buraxıb, bundan sonra yenidən zədələnib.

33 yaşlı qapıçının “Barselona” ilə qüvvədə olan müqaviləsi 2028-ci ilin ortalarına qədər nəzərdə tutulub.

İdman.Biz