“Fikrimcə, qırmızı vərəqə qaydalara uyğun və ədalətli qərar idi”.
Bunu Misli Premyer Liqasının 29-cu turunda keçirilən “Sabah” - “Karvan-Yevlax” matçından (2:0) sonra Masazır təmsilçisinin polşalı sol cinah müdafiəçisi Timoteuş Puxaç sport24.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Oyunla bağlı fikirlərinizi bölüşərdiniz...
- Küləkli hava şəraiti oyuna mənfi təsir göstərirdi və topla oynamaq, ötürmə etmək olduqca çətin idi. Matçın keyfiyyəti yüksək olmasa da, bizim üçün əsas hədəf 3 xal qazanmaq idi və buna nail olduq.
- Qırmızı vərəqə epizodu haqqında fikriniz nədir? Komanda yoldaşınıza birbaşa “qırmızı” verilməsi ağır qərar olmadı ki?
- Fikrimcə, qırmızı vərəqə qaydalara uyğun və ədalətli qərar idi. Rəqib oyunçu topa toxunsa da, ayağı yuxarıda qalmışdı və burulmuşdu ki, bu da qayda pozuntusudur. Hakimin qərarını haqlı hesab edirəm.
- Bəs rəqibin “qırmızı”sı?
- Şübhəsiz ki, 11 nəfərlə oynamaq daha asan olardı, lakin bizim komandada da qırmızı vərəqə olduğu üçün say bərabərliyi ilə davam etmək məcburiyyətində qaldıq.
– Qarşıdan “Zirə” ilə Bizon Azərbaycan Kubokunun final matçı gəlir. Bu barədə nə düşünürsünüz?
- Kubokun finalına hələ vaxt var. Ona görə bu haqda danışmağın tez olduğunu düşünürəm. Hazırda bütün diqqətimizi “Şamaxı” ilə keçirəcəyimiz növbəti matça yönəltmişik və əsas hədəfimiz çempionat oyunlarıdır.
