“Barselona”nın ispaniyalı vingeri Lamin Yamal İspaniya çempionatında “Selta Viqo”ya qarşı keçirilən son matçda zədələnib. İstedadlı futbolçu penaltini yerinə yetirərkən zədə alıb.
İdman.Biz “Diario AS”a istinadən xəbər verir ki, qısa müddət sonra oyunçu tibbi müayinədən keçib və mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyi açıqlanıb. Bununla belə, Yamalın dünya çempionatının startına hazır olacağı gözlənilir.
İspaniya KİV-in məlumatına görə, “Barselona”nın müəyyən istəyi var. Klub İspaniya millisinin Yamalı dünya çempionatının qrup mərhələsinin ilk iki oyununda oynatmamasını arzulayır.
Səbəb isə futbolçunun həmin görüşlərdə 100 faiz hazır olmaya bilməsidir. Yamalın Kabo-Verde və Səudiyyə Ərəbistanına qarşı matçları buraxa biləcəyi istisna edilmir.
