“Turan Tovuz”un müdafiəçisi: “Bəzi məsələləri yaxşı analiz edə bilmədik” - MÜSAHİBƏ

28 Aprel 2026 15:54
167
“Turan Tovuz”un müdafiəçisi: “Bəzi məsələləri yaxşı analiz edə bilmədik” - MÜSAHİBƏ

“Yaxşı komandadırlar. Biz də əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Bunu “Turan Tovuz”un müdafiəçisi Mark Mampassi “Zirə” ilə evdə 1:1 heç-heçə etdikləri Misli Premyer Liqasının 29-cu tur matçından sonra sportnet.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- “Zirə” ilə kubok görüşünün ilk matçındaca artıq cütün taleyinin həll olunduğunu düşünürdünüz?

- ⁠2:0 elə hesabdır ki, onu həmişə geri qaytarmaq olar. Cavab matçı məlum olmayan oyun idi.

- Cütün taleyinin hakim Əliyar Ağayevin həll etdiyini düşünürsünüz?

- ⁠Çox şey deyə bilərik. Çox problem tapa bilərik. Amma biz şanslarımızı dəyərləndirmədik. Hakim nə edir etsin. Biz oyunumuza baxmalı idik.

- Avrokubok şanslarınızı dəyərləndirərdiniz?

- ⁠Gələn oyunları da bugünkü kimi oynasaq, avrokuboklarda mütləq iştirak edəcəyik.

- Gələn matç ikincilik uğrunda “Qarabağ”la ağır oyununuz var. Nə düşünürsünüz?

- ⁠Yaxşı komandadırlar. Biz də əlimizdən gələnin ən yaxşısını edəcəyik.

- Bu gün uzun müddətdən sonra ilk dəfə “Turan Tovuz” müdafiədə özünü təzyiq altında hiss edirdi, tez-tez top itirirdilər...

- ⁠Bəzi məsələləri yaxşı analiz edə bilmədik. Matçın taleyini daha tez həll etmək istədiyimiz üçün sonlarda yorulmuşduq.

İdman.Biz