Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şəfa” daha üç futbolçu ilə yolları ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi Seymur Rəhimov, yarımmüdafiəçi Elvin İsmayılov və hücumçu İbrahim Əliyevin “Şəfa” ilə müqavilələrinin müddəti başa çatıb.
Daha öncə “Şəfa” Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov və Amir Ebrahimzadeda ilə də yolları ayırıb.
