“Gəncə”nin voleybolçuları stadiondan “Kəpəz”ə dəstək olacaqlar

31 Oktyabr 2026 18:50
69
“Gəncə”nin voleybolçuları stadiondan “Kəpəz”ə dəstək olacaqlar

“Gəncə” voleybol klubunun üzvləri futbol üzrə Misli Premyer Liqasında mübarizə aparan “Kəpəz”ə dəstək verəcəklər.

İdman.Biz xəbər verir ki, klubun məşqçi heyəti və voleybolçuları noyabrın 1-də keçiriləcək “Kəpəz” - “İmişli” matçını stadiondan izləyəcəklər.

Bu barədə “Gəncə” VK-nın dəstək məlumatı yayıb. Voleybol klubu Premyer Liqanın 10-cu turunda doğma meydanda çıxış edəcək “Kəpəz”ə uğurlar arzulayıb.

“Bir şəhər, bir ruh, bir dəstək! Gəncə idmanı birlikdədir!” - deyə klubun paylaşımında bildirilib.

Qeyd edək ki, qarşılaşma Gəncə Şəhər Stadionunda keçiriləcək.

İdman.Biz