Bu gün futbol üzrə Misli Premyer Liqasının 10-cu turunda “Araz-Naxçıvan” - “Zirə” qarşılaşması keçiriləcək.
İdman.Biz xəbər verir ki, saat 15:00-da start götürəcək qarşılaşmanı Elvin Bayramov idarə edəcək.
İki xala malik “Araz-Naxçıvan” turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşıb. 15 xalı olan “Zirə” isə beşinci sıradadır.
Misli Premyer Liqası
Birinci dövrə, 10-cu tur
31 oktyabr (şənbə)
15:00. “Araz-Naxçıvan” - “Zirə”
Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Şamaxı şəhər stadionu
Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə “Turan Tovuz” evdə “Sabah”ı 3:2 hesabı ilə üstələyib.
Xatırladaq ki, tura noyabrın 2-də yekun vurulacaq.
