“Barselona” hazırda icarə əsasında “Liverpul”da çıxış edən uruqvaylı futbolçu Ronald Arauxonu birdəfəlik satmaq niyyətindədir.
İdman.Biz TEAMtalk-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı müdafiəçinin transfer hüquqlarını artıq qış transfer pəncərəsində almağı İngiltərə klubuna təklif edib.
“Barselona” rəhbərliyi Arauxonun satışından əldə olunacaq vəsaiti müdafiə xəttinin gücləndirilməsinə sərf etməyi planlaşdırır.
Məlumata görə, həm uruqvaylı futbolçu, həm də “Liverpul” əməkdaşlıqdan razıdır və onun davam etməsində maraqlıdır. İcarə müqaviləsində müdafiəçinin 55 milyon avroya (təxminən 108 milyon manat) birdəfəlik transferi nəzərdə tutulub.
Lakin “Liverpul” daha sərfəli şərtlərlə razılaşmağa çalışır. İngiltərə klubu Arauxo üçün 48-54 milyon avro ödəməyi məqbul hesab edir.
Müdafiəçi cari mövsümdə bütün turnirlərdə 13 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Qeyd edək ki, Arauxonun “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı onun bazar dəyərini 25 milyon avro qiymətləndirir.
