“Turan Tovuz” futbol komandası artıq indidən komandanın əsas oyunçuları ilə işbirliyini davam etdirmək üçün danışıqlara başlayıb.
İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, Tovuz təmsilçisi komandanın aparıcı üzvlərindən olan Xorxe Silvanın müqavilə müddətini artırmaq niyyətindədir.
Hazırda portuqaliyalı futbolçu ilə danışıqlar gedir.
Onun müqavilə müddəti bir illik artırıla bilər. Xorxenin “Turan Tovuz”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 30 yaşlı futbolçu “Sportinq”B, “Leykşoeş”, “Pakoş Ferreyra”, “Olimpiya”(Lyublyana) klublarının formasını geyinib.
