DÇ-2026: Avtoqol Misirin sensasiya törətməsinə imkan vermədi - YENİLƏNİB + VİDEO

16 İyun 2026 00:58
686
DÇ-2026: Avtoqol Misirin sensasiya törətməsinə imkan vermədi

DÇ-2026-da G qrupunda ilk turun Belçika - Misir matçı başa çatıb.

İdman.Biz bildirir ki, komandalar qalibi müəyyən edə bilməyiblər - 1:1.

Bu qrupda ilk turun digər oyunu İran və Yeni Zelandiya arasında olacaq.

00:30

Belçika - Misir matçında hesab bərabərləşib.

İdman.Biz bildirir ki, 66-cı dəqiqədə misirli Məhəmməd Hani topu öz qapısına göndərib.

00:07

Belçika - Misir matçında ikinci hissə başlayıb.

İdman.Biz bildirir ki, birinci yarıdan sonra Afrika təmsilçisi 1:0 hesabı ilə irəlidədir.

23:51

Belçika - Misir matçında ilk hissə bitib.

İdman.Biz bildirir ki, birinci yarıdan sonra Afrika təmsilçisi 1:0 hesabı ilə irəlidədir.

23:22

Dünya çempionatının Belçika - Misir oyununda hesab açılıb.

İdman.Biz bildirir ki, 20-ci dəqiqədə Emam Aşhur Misiri irəli çıxarıb.

23:01

Futbol üzrə dünya çempionatında G qrupunda matçlara start verilib.

İdman.Biz bildirir ki, ilk oiyunda Belçika və Misir üz-üzə gəlirlər.

Matç Sietl şəhərindəki “Lumen Field” stadionunda keçirilir.

İran və Yeni Zelandiya milliləri də G qrupundadırlar.

İdman.Biz