Kabo-Verdenin qapıçısı göz yaşlarını saxlaya bilməyib - VİDEO

15 İyun 2026 22:38
76
Kabo-Verdenin qapıçısı göz yaşlarını saxlaya bilməyib

Kabo-Verdenin 40 yaşlı qapıçısı Jozimar Vozinya DÇ-2026-nın ilk turunda İspaniya ilə 0:0 hesablı heç-heçədən sonra göz yaşlarını saxlaya bilməyib.

İdman.Biz bildirir ki, qapıçı FİFA dünya reytinqində üçüncü olan İspaniyaya qarşı oyunda qapısını toxunulmaz saxlayıb. Kabo-Verde reytinqdə 64-cüdür.

İspaniya oyunda 27 zərbə vurub ki, bunlardan yeddisi birbaşa qapıya doğru vurulub.

Bu matçdan sonra İspaniya və Kabo-Verde milli komandaları hərəyə bir xal qazanaraq H qrupunda turnir cədvəlinə başçılıq edirlər. Bu gecə bu qrupun ilk tur matçında Səudiyyə Ərəbistanı və Uruqvay qarşılaşacaq.

İdman.Biz