“Yuventus” 29 yaşlı “Nitsa”nın cinah oyunçusu Jeremi Boqa üçün alış seçimini aktivləşdirib.
İdman.Biz bildirir ki, bu barədə “byankoneri”nin mətbuat xidməti komandanın rəsmi saytında məlumat verib.
“Nitsa” ilə müqavilənin dəyəri 4,8 milyon avro, əlavə bonuslar isə 0,8 milyon avrodur. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.
Xatırladaq ki, Boqa qış transfer pəncərəsi dövründə İtaliya klubuna icarəyə verilib. Bu müddət ərzində o, bütün yarışlarda 17 oyunda iştirak edib, dörd qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 8 milyon avrodur.
O, daha əvvəl “Çelsi” və “Birminhem”, “Renn”, “Qranada”, “Sassuolo” və “Atalanta”da oynayıb.
