Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi ABŞ təmsilçisi “Kolumbus Kryu” MLS-də növbəti oyununu keçirib.
İdman.Biz xəbər verir ki, komanda səfərdə “İnter Mayami” ilə qarşılaşıb. Dörd qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 2:2.
Nəriman Axundzadə komandanın heyətinə salınmayıb.
Görüş Lionel Messinin dönüşü ilə də yadda qalıb. Argentina millisinin hücumçusu 2026-cı il dünya çempionatının finalından sonra ilk oyununa çıxıb. Messi 53-cü dəqiqədə meydana daxil olsa da, fərqlənə bilməyib.
Meydan sahiblərinin qollarını 16-cı dəqiqədə Luis Suares və birinci hissəyə əlavə olunan beşinci dəqiqədə Allen vurub. “Kolumbus Kryu”nun heyətində 34-cü dəqiqədə Kazemiro avtoqolla yadda qalıb, 84-cü dəqiqədə isə Mendes hesabı bərabərləşdirib.
