“Roma” Almaniyanın “Volfsburq” klubundan yunan mərkəz müdafiəçisi Konstantinos Kulierakisin transferini elan edib.
İdman.Biz bu barədə klubun mətbuat xidmətinə isatindən məlumat verir. 22 yaşlı futbolçu A Seriyasında 33 nömrəli formanı geyinəcək.
Mediada yayılan məlumatlara görə, transfer qiyməti 15 milyon avro olub. Kulierakisə maraq daha əvvəl “Yuventus”, “Benfika”, “Kristal Palas”, “Koventri” və “Hall Siti” ilə əlaqələndirilirdi.
“Roma” daha əvvəl “Bolonya”dan hücumçu Santyaqo Kastro ilə müqavilə imzalayıb. “Volfsburq” ötən mövsüm pley-offda “Paderborn”"a uduzduqdan sonra (2:1) Almaniya Bundesliqasından aşağı liqaya düşüb.
