Kriştianu Ronaldu ilə Corcina Rodrigesin toy tarixi açıqlandı

2 Avqust 2026 13:45
105
Kriştianu Ronaldu ilə Corcina Rodrigesin toy tarixi açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol komandasının hücumçusu Kriştianu Ronaldu nişanlısı Corcina Rodrigeslə ailə qurmağa hazırlaşır.

İdman.Biz “The Sun”a istinadən xəbər verir ki, cütlüyün toy mərasiminin 8 avqustda Ronaldu doğulub böyüdüyü Madeyra adasında keçirilməsi gözlənilir. Dini mərasimin Funşal Katedralında, şənliyin isə şəhərdəki lüks otellərdən birində təşkil olunacağı bildirilir.

Mətbuatda yayılan məlumatlara görə, toy üçün məşhurlardan ibarət geniş qonaq siyahısı hazırlanıb. Dəvətlilər arasında “IShowSpeed”, Pirs Morqan, Konor Makqreqor, Həbib Nurməhəmmədov, Dreyk, Trevis Skott, Vin Dizel, Rihanna və Cennifer Lopezin adları çəkilir.

Siyahıda futbol dünyasından Kilian Mbappe, Vinisius Junior, Rodriqo və Rio Ferdinandın da yer aldığı qeyd olunur. Aktrisa Ester Ekspositonun da mərasimə dəvət ediləcəyi iddia edilir.

Kriştianu Ronaldu ilə Corcina Rodriges 2016-cı ildən münasibətdədirlər. Cütlük 2025-ci ilin avqustunda nişanlandıqlarını açıqlayıb. Ronaldu daha əvvəl toyun dünya çempionatından sonra keçiriləcəyini bildirib.

İdman.Biz