İspaniya millisinin və “Atletik” futbol komandasının müdafiəçisi Emerik Laport “Barselona”nın transfer hədəfinə çevrilib.
İdman.Biz “Diario AS”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin idman direktoru Deku 32 yaşlı futbolçunun vəziyyəti ilə maraqlanıb. “Atletik” rəhbərliyi Laportun transfer qiymətini 80 milyon avro (156,5 milyon AZN) müəyyənləşdirib.
Bask klubu təcrübəli müdafiəçinin komandadakı rolunu yüksək qiymətləndirir və onun satışında güzəştə getmək niyyətində deyil. Laportun “Atletik”lə müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.
Transfermarkt 32 yaşlı futbolçunun bazar dəyərini səkkiz milyon avro (15,7 milyon AZN) göstərir.
Transfer 80 milyon avroya reallaşarsa, Laport 30 yaşdan yuxarı futbolçular arasında tarixdə ən bahalı oyunçulardan birinə çevriləcək. Bu yaş kateqoriyasında rekord Kriştianu Ronalduya məxsusdur. Portuqaliyalı hücumçu 33 yaşında “Real”dan “Yuventus”a 117 milyon avroya (228,9 milyon AZN) keçib.
