Ukraynalı mütəxəssis “Neftçi” ilə müqaviləsini uzada bilər

28 Aprel 2026 11:18
177
Ukraynalı mütəxəssis “Neftçi” ilə müqaviləsini uzada bilər

Kişi voleybolçulardan ibarət “Neftçi” komandası baş məşqçisi Viktor Boldaryev ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssisin daha bir il Bakı təmsilçisində qalmaq ehtimalı yüksəkdir.

Hazırda tərəflər arasında yekun danışıqlar gedir.

“Neftçi” komandası Azərbaycan Yüksək Liqasında üçüncü yeri tutub.

İdman.Biz