Azərbaycanı voleybol üzrə Çempionlar Liqasında hansı klub kim təmsil edəcək? - ÖZƏL AÇIQLAMA + FOTO

23 Aprel 2026 13:04
142
Azərbaycanı voleybol üzrə Çempionlar Liqasında hansı klub kim təmsil edəcək? - ÖZƏL AÇIQLAMA + FOTO

Azərbaycanın kişi voleybol klubu “Xilasəedici” tarixində ilk dəfə ölkə çempionu adını qazanaraq Avropanın ən nüfuzlu klub turniri olan voleybol üzrə Çempionlar Liqasında iştirak edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Cəlil Cəlilov açıqlama verib.

O bildirib ki, klub qarşısında iki seçim olub – yenidən Çelenc Kubokunda çıxış etmək və ya Çempionlar Liqasında gücünü sınamaq.

Klub rəhbərliyi daha yüksək hədəf seçərək komandanın Çempionlar Liqasına qatılmasına qərar verib.

Cəlil Cəlilov həmçinin yayda komandanın gücləndiriləcəyini və yeni legionerlərin transferinin planlaşdırıldığını qeyd edib.

İdman.Biz