Gürcüstanlı yunan-Roma güləşçisi, dünya və Avropa mükafatçısı Gela Bolkvadzeyə qarşı 82 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Qurban Qurbanov adını finala yazdırdı.
19:21
67 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Həsrət Cəfərov gürcüstanlı Dieqo Çxikvadzeyə 4:2 hesabıyla qalib gələrək Avropa çempionatının finalına yüksəldi.
19:02
60 kq çəki dərəcəsində final uğrunda mübarizə aparan Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli yarımfinalda yarımfinalda ermənistanlı Suren Ağacanyana "tuş"la məğlub oldu və sabah bürünc medal uğrunda güləşəcək.
16:22
Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) Moldova təmsilçisi Mihail Bradu üzərində 5:4 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
İdman.Biz xəbər verir ki, digər təmsilçimiz Həsrət Cəfərov (67 kq) Bolqarıstanlı Abu Muslim Amayevə “tuş”la qalib gələrək yarımfinala vəsiqə əldə edib.
Güləşçimiz Murad Əhmədiyev (97 kq) isə 1/4 finalda rusiyalı Artur Sarqsyana (UWW) 0:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Nihat Məmmədli də yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Avropa çempionatı aprelin 26-da başa çatacaq.
15:57
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli (60 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında uğurlu çıxışını davam etdirir.
İdman.Biz xəbər verir ki, idmançımız Ukrayna təmsilçisi Vladislav Kuzkonu 5:0 hesabı ilə məğlub edib.
Bununla da Nihat Məmmədli yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
15:51
Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında məğlub olub.
İdman.Biz xəbər verir ki, idmançımız 1/4 finalda rəqibi Gaspar Terteryana 1:1 hesabı ilə uduzub.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
15:03
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri Həsrət Cəfərov (67 kq) isveçli Niklas Oehləni 5:1, Murad Əhmədiyev (97 kq) isə xorvatiyalı Filip Smetkonu 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, hər iki güləşçi 1/4 final mərhələsinə yüksəlib.
Qeyd edək ki, Ruslan Nurullayev və Qurban Qurbanov da 1/4 finala vəsiqə qazanıblar.
Avropa çempionatı aprelin 26-da başa çatacaq.
14:19
Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, idmançımız Bolqarıstan təmsilçisi Svetoslav Nikolovu 7:3 hesabı ilə məğlub edib.
Beləliklə, Q.Qurbanov 1/4 final mərhələsinə yüksəlib.
Qeyd edək ki, Ruslan Nurullayev də 1/4 finala vəsiqə qazanıb.
Avropa çempionatı aprelin 26-da başa çatacaq.
13:35
Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, idmançımız Finlandiya təmsilçisi Arvi Savolayneni 7:3 hesabı ilə məğlub edib.
Beləliklə, M.Əhmədiyev 1/8 final mərhələsinə yüksəlib.
Avropa çempionatı aprelin 26-da başa çatacaq.


13:19
Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, idmançımız Ukrayna təmsilçisi Dmitro Vasilyevi 9:5 hesabı ilə məğlub edib.
Beləliklə, R.Nurullayev 1/4 final mərhələsinə yüksəlib.
Avropa çempionatı aprelin 26-da başa çatacaq.
09:37
Bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizəyə qoşulacaq.
İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) xalça üzərinə çıxacaqlar.
H.Cəfərov daha əvvəl üç, N.Məmmədli iki, Q.Qurbanov bir dəfə qitə çempionatında qızıl mükafat əldə ediblər.
Bundan əlavə, Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal uğrunda görüşlərə çıxacaqlar.
Avropa çempionatı aprelin 26-da başa çatacaq.
