AVRO-2026: Belaruslu güləşçi Azərbaycan bayrağını öpən türkiyəli idmançıya zərbə endirib - VİDEO

20 Aprel 2026 23:07
1 304
AVRO-2026: Belaruslu güləşçi Azərbaycan bayrağını öpən türkiyəli idmançıya zərbə endirib

Albaniyanın paytaxtı Tiranda keçirilən Avropa çempionatında qalmaqallı hadisə baş verib.

İdman.Biz xəbər verir ki, yarımfinal görüşü zamanı Türkiyənin yunan-Roma güləşçisi Rıza Kayaalp (130 kq) ilə Belarus təmsilçisi Pavel Hlinçuk üz-üzə gəlib. Görüşün gedişində belaruslu idmançı kobud qayda pozuntusuna yol verərək rəqibini üz nahiyəsindən vurub.

Hakimlərin qərarı ilə Hlinçuk diskvalifikasiya olunub, Kayaalp isə finala yüksəlib.

Qeyd edək ki, Rıza Kayaalp 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarının qalibidir. O, həmçinin Olimpiya Oyunları, dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı kimi tanınır. 2024-cü ildə Buxarestdə keçirilən dünya çempionatında yarımfinalda Beka Kandelakini məğlub etdikdən sonra onun geyimindəki Azərbaycan bayrağını öpməsi ilə də yadda qalıb.

İdman.Biz