Güləş hakimləri Avropa çempionatında ölkəmizi təmsil edəcəklər

20 Aprel 2026 09:58
180
Güləş hakimləri Avropa çempionatında ölkəmizi təmsil edəcəklər

20-26 aprel tarixlərində Albaniyada keçiriləcək Avropa çempionatında Azərbaycanı I-S kateqoriyalı hakimlər Asif Şirəliyev, Sədi Quliyev və Bəşir İsazadə təmsil edəcəklər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, təyinat beynəlxalq yarışlarda Azərbaycan hakimlərinə göstərilən etimadın növbəti göstəricisidir.

İdman.Biz