Güləşçilərimiz Antalyada “Çempionlar” turnirini 13 medalla başa vurublar - FOTO

20 Aprel 2026 12:40
189
Güləşçilərimiz Antalyada “Çempionlar” turnirini 13 medalla başa vurublar - FOTO

Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 13 medalla başa vurublar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb

Turnirin son günündə dörd güləşçimiz fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Bəşir Verdiyevlə (65 kq) Yusif Dursunov (125 kq) gümüş, Muxamad Qantemirov isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə Tural Əhmədov (63 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.

Sərbəst güləş üzrə Azərbaycan millisi turniri 119 xalla komanda hesabında 3-cü pillədə yer alıb.

Beləliklə, “Çempionlar” turnirində güləşçilərimiz ümumilikdə 13 (3 qızıl, 4 gümüş, 6 bürünc) medal əldə edib.

İdman.Biz