Gəncədə gələcəyin Olimpiya çempionları yetişir - FOTO/VİDEO

15 Aprel 2026 18:19
246
Gəncədə gələcəyin Olimpiya çempionları yetişir - FOTO/VİDEO

Gəncədə yunan-Roma güləşinin inkişafına həsr olunan reportaj hazırlanıb.

Son üç ildə Gəncə idmançıları yunan-Roma güləşi üzrə yerli və beynəlxalq yarışlarda ümumilikdə 28 medal qazanıblar.

Bu medalların 7-si qızıl, 9-u gümüş, 12-si isə bürüncdür. Beynəlxalq turnirlərdə isə iki qızıl, yeddi gümüş və altı bürünc medal əldə olunub.

Gəncə şəhər İdman Liseyinin Qərb regionu üzrə baş məşqçi və liseyin direktoru Mehman Allahverdiyev bildirib ki, son illərdə bu idman növünə maraq xeyli artıb:
“Gəncədə yunan-Roma güləşi üzrə nailiyyətlər ildən-ilə artır. İdmançılar həm respublika, həm də beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Sevindirici haldır ki, milli yığmada da yetirmələrimiz çoxdur”.

Gənc idmançı Məqsəd Zeynalov isə əsas hədəfinin beynəlxalq arenada uğur qazanmaq olduğunu deyib. O bildirib ki, artıq bir sıra turnirlərdə mükafatçı olub və Gürcüstanda keçirilən yarışdan bürünc medal qazanıb.

Qeyd edək ki, Gəncədə yunan-Roma güləşi üzrə müşahidə olunan inkişaf şəhərin gələcəkdə də güclü idmançılar yetişdirəcəyini deməyə əsas verir.

AZƏRTAC-ın reportajını təqdim edirik:

İdman.Biz