Azərbaycan güləşçiləri Antalyada “Zəfər Kuboku”nun ilk günündə dörd medal qazanıblar - FOTO

13 Aprel 2026 17:43
177
Azərbaycan güləşçiləri Antalyada “Zəfər Kuboku”nun ilk günündə dörd medal qazanıblar - FOTO

Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində keçirilən “Zəfər Kuboku”nun ilk günündə dörd medal qazanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

U-17 yaş kateqoriyasında sərbəst güləşdə İbrahim Həsənov (51 kq) bütün rəqiblərini üstəliyərək qızıl medalın sahibi olub.

Yunan-Roma güləşçilərimiz isə ilk yarış günündə 1 dəst medal qazanıblar. 51 kq-da Hüseyn Mustafazadə ikinci, İlkin Qurbanov üçüncü yeri tutub. Rəqiblərinə şans tanımayan Əli Məmmədov (71 kq) isə çempion olub.

İdman.Biz