“Atletiko” - “Barselona” oyunu başa çatıb. Kataloniya klubu 2:1 hesabı ilə qələbə qazansa da ilk oyunda 0:2 məğlub olduğu üçün, turnirdə mübarizəni dayandırıb. “Atletiko” yarımfinala vəsiqə qazanıb.
Çempionlar Liqasının digər yarımfinalçısı ilə PSJ olub. Parislilər səfər matçında “Liverpul”a 2:0 hesabı ilə qalib gəliblər. Qolları 72 və 90+1-ci dəqiqələrdə Usman Dembele vuruvb. İlk oyunda da eyni hesabla qalib gələn Paris klubu adını yarımfinala yazdırıb.
Yarımfinalda PSJ “Real Madrid” - “Bavariya”, “Atletiko” isə “Arsenal” - “Sportinq” cütlüyünün qalibi ilə rastlaşacaq.
23:32
“Atletiko” - “Barselona” oyununda hesab yenə dəyişib. Madridlilərin oyunçusu Ademola Lukman 31-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb - 1:2.
23:25
“Atletiko” - “Barselona” oyununda hesab dəyişib. 24-cü dəqiqədə Ferran Torres kataloniyalıların ikinci qolunu vurub.
23:07
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
Madriddə “Atletiko” və “Barselona” üz-üzə gəlir.
Oyunda hesab 4-cü dəqiqədə açılıb. Yamal kataloniyalıları irəli çıxarıb.
09:30
Bu gün UEFA Çempionlar Liqasında 1/2 final mərhələsinin ilk iştirakçıları bəlli olacaq.
İdman.Biz xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində iki qarşılaşma keçiriləcək.
İspaniya təmsilçiləri “Atletiko Madrid” və “Barselona” üz-üzə gələcək.
İngiltərənin “Liverpul” klubu isə Fransa təmsilçisi PSJ-ni qəbul edəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
14 aprel
23:00. “Atletiko” (İspaniya) - “Barselona” (İspaniya)
İlk oyun - 2:0
23:00. “Liverpul” (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 0:2
Qeyd edək ki, 1/4 final mərhələsinə sabah yekun vurulacaq.
