Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off görüşü bu gün keçiriləcək.
İdman.Biz xəbər verir ki, həlledici qarşılaşmada Premyer Liqanı 11-ci pillədə başa vuran “Qəbələ” ilə I Liqanın ikincisi “Mingəçevir” üz-üzə gələcək.
“SOCAR Polymer Arena”da baş tutacaq oyunun start fiti saat 18:30-da səslənəcək. Görüşdə VAR sistemindən istifadə olunacaq.
Matçı baş hakim Tural Qurbanov idarə edəcək.
