Emreli məhsuldar ötürmə etdi, “Rakuv” uduzdu - VİDEO

16 Avqust 2026 22:50
73
Emreli məhsuldar ötürmə etdi, “Rakuv” uduzdu

Futbol üzrə Polşa çempionatında dördüncü turun oyunları keçirilir.

İdman.Biz bildirir ki, Mahir Emrelinin oynadığı “Rakuv” klubu səfərdə “Krakoviya” ilə qarşılaşıb.

Matç 2:1 hesabı ilə “Krakoviya”nın xeyrinə qurtarıb.

Hesabı 31-ci dəqiqədə Emrelinin ötürməsindən sonra Patrik Makuç açıb. 56-cı dəqiqədə meydan sahiblərindən Aydın Hasiç hesabı bərabərləşdirib. 75-ci dəqiqədə Dominik Pila “Krakoviya”nın qələbə qolunu vurub.

Bir matçı təxirə salınmış “Rakuv” 3 oyundan sonra 0 xalla çempionatda sonuncu yerdədir.

İdman.Biz