Rəşad Sadıqov: “Qarşımızda “Zirə”ni ən yaxşı tanıyan məşqçi var idi”

17 Avqust 2026 01:06
81
Rəşad Sadıqov: “Qarşımızda “Zirə”ni ən yaxşı tanıyan məşqçi var idi”

“Oyun gərgin keçdi. Bilirdik ki, rəqib mübarizəyə köklənmiş olacaq. Avrokubok oyunlarından sonra psixoloji cəhətdən yaxşı vəziyyətdə deyildik. Qarşımızda “Zirə”ni ən yaxşı tanıyan məşqçi var idi. O, komandamızda 7 il çalışıb. Bu, hiss olunurdu”.

İdman.Biz bildirir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının birinci turunda “Şəfa” ilə matçdan sonra deyib.

Qarşılaşma 2:0 hesabı ilə “Zirə”nin qələbəsi ilə yekunlaşıb.

“Bu, “Zirə”də mənim 7-ci ilimdir. Bu qədər qol epizodu yaradıb məğlub olduğumuz oyunu xatırlamıram. Amma “Payde” ilə matçda belə oldu. Futbolçu karyeramda da belə hallar yaşanıb. Hamımız məyus olmuşduq. Bu gün isə daha dəqiq oynadıq. Ümid edirəm, hər şey düzələcək.

“Şəfa”ya qarşı oynamaq "Payde"yə qarşı oynamaqdan daha çətindir. Orada hər 5-8 dəqiqədən bir qol epizodu yaradırdıq, bu dəfə belə olmadı. Oyunda rəqibdən üstün olduğunuz zaman əks-hücumlar təhlükəli olur. Müdafiəyə də diqqət yetirmək lazımdır”, - Sadıqov əlavə edib.

İdman.Biz