“Liverpul” Arne Slotun gedişini rəsmən açıqlayıb - YENİLƏNİB

30 May 2026 16:13
148
“Liverpul” Arne Slotun gedişini rəsmən açıqlayıb - YENİLƏNİB

İngiltərənin “Liverpul” klubu baş məşqçi Arne Slotla yollarını rəsmən ayıtdığını təsdiqləyib.

İdman.Biz xəbər verir ki, klubun yaydığı bəyanatda yeni baş məşqçinin təyin olunması prosesinin artıq başladığı bildirilib.

“Arne Slota göstərdiyi xidmətlərə görə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”, - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, daha əvvəl jurnalist Fabritsio Romano “Liverpul”un Slotla yollarını ayırmaq qərarına gəldiyini yazmışdı. İngiltərə klubunun yeni baş məşqçi postuna əsas namizəd kimi isə Andoni İraola göstərilir.

15:39

İngiltərənin “Liverpul” futbol komandasının baş məşqçisi Arne Slot vəzifəsindən uzaqlaşdırılıb.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Mersisayd klubunun baş məşqçi postuna əsas namizəd Andoni İraola hesab olunur.

Qeyd edək ki, klub tərəfindən hələlik bununla bağlı rəsmi açıqlama verilməyib.

İdman.Biz
Məqalədə: