Səudiyyə Ərəbistanı klublarından biri "Liverpul"un vingeri Məhəmməd Salaha cəlbedici təklif göndərib.
İdman.Biz xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı təmsilçisinin nümayəndələri son günlərdə futbolçu ilə əlaqə saxlayıblar. Salaha 2028-ci ilə qədər nəzərdə tutulan uzunmüddətli müqavilə təklif olunub. Müqavilədə daha bir mövsüm – 2029-cu ilə qədər uzadılma imkanı da nəzərdə tutulub.
View this post on Instagram
