Avropa Liqasında ikinci təsnifat mərhələsində səbətlərin tərkibi bəlli olub.
İdman.Biz xəbər verir ki, bu barədə “Football Meets Data” analitik saytı məlumat yayıb.
Bildirilib ki, birinci təsnifat mərhələsinin səpələnməmişlər səbətindəki komandaları bu mərhələdə “Ferentsvaroş” və ya “Qarabağ” ilə üz-üzə gəlsələr, ikinci təsnifat mərhələsində həmin komandalarla birlikdə səpələnmişlər səbətində yer alacaqlar.
Birinci təsnifat mərhələsində digər bütün səpələnməmiş komandalar isə ikinci təsnifat mərhələsində səpələnməmişlər siyahısında da qalacaqlar. Bu isə o deməkdir ki, “Qarabağ” mərhələ adlayacağı halda səpələnməmişlər səbətindən “Şerif”, “Dinamo” (Kiyev), “Beşiktaş”, “Tvente”, “Hayduk” “Tromse”, “Sankt Gallen”, “ÇSKA” (Sofiya), “Hammarbi” klublarından biri ilə üz-üzə gələ bilər.

