Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunundakı üçüncü matçında Fransa ilə qarşılaşacaq.
“Tipos Arena”da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.
Bugünkü görüş qrup liderliyi baxımından önəmli olacaq.
Hazırda Azərbaycan millisi F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncü pillədə qərarlaşıb. Hər iki matçda məğlub olan Avstriyanın isə xalı yoxdur.
Qeyd edək ki, Avropa çempionatına iyunun 4-də yekun vurulacaq.
