"Şimal" Birinci Liqaya vəsiqə uğrunda matçda qələbə qazanıb - YENİLƏNİB

27 May 2026 18:03
1 148
"Şimal" Birinci Liqaya vəsiqə uğrunda matçda qələbə qazanıb - YENİLƏNİB

Birinci Liqa uğrunda pley-off qarşılaşması keçirilib. Şamaxı şəhər stadionunda baş tutan görüşdə Birinci Liqada 2025/26 mövsümündə doqquzuncu yeri tutmuş “Şimal”la İkinci Liqada ikinci yerin sahibi “Qaradağ Lölbatan” üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, dramatik keçən oyunda “Şimal” qalib gəlib. Qonaqların heyətində 75-ci dəqiqədə Rövşən Şahmuradov hesabı açsa da, 85-ci dəqiqədə Rüstəm Hümbətov hesabı bərabərləşdirib. 90+3-cü dəqiqədə isə Rəvan Abasov baxımlı qolla yekun nəticəni müəyyənləşdirib.

Bu nəticədən sonra Xaçmaz komandası ilk dəfə mübarizə apardığı Birinci Liqada yerini qorumağı bacarıb.

09:44

Bu gün futbol üzrə Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off görüşü keçiriləcək.

İdman.Biz xəbər verir ki, həlledici qarşılaşmada I Liqanı 11-ci pillədə başa vuran “Şimal” II Liqanın ikincisi olan “Qaradağ Lökbatan”la üz-üzə gələcək.

Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq. Görüşdə VAR sistemindən də istifadə olunacaq.

Qeyd edək ki, bu qarşılaşmanın qalibi gələn mövsüm Azərbaycan I Liqasında çıxış etmək hüququ qazanacaq.

İdman.Biz