“Liverpul” müqaviləsinin uzadılması ilə bağlı razılığa gələ bilmədiyi mərkəz müdafiəçisi İbrahima Konatenin ayrılmasına hazırlaşır və “Bayer Leverkuzen”dən Carrell Kuansı kluba qaytarmağı düşünür.
İdman.Biz bu barədə TEAMtalk-a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “qırmızılar”ın 23 yaşlı futbolçunu 80 milyon avroya geri almaq variantı var, lakin bu seçim yalnız 2027-ci ilin yayında mümkün olacaq. “Qırmızılar” akademiya məzunu olan futbolçunu 2025-ci ilin yayında satıb.
“Liverpul” həmçinin “Volfsburq”un mərkəz müdafiəçisi Konstantinos Kulierakisin təklifini də araşdırır. “Volfsburq”un Almaniya Bundesliqasından aşağı liqaya düşməsindən sonra 22 yaşlı futbolçunun potensial transferi daha real hala gəlib.
