A Seriyasına vəsiqə uğrunda pley-off finalının “Montsa” və “Katanzaro” arasında cavab oyunu başa çatıb. “Katanzaro” 2:0 hesabı ilə qalib gəlib.
İdman.Biz bildirir ki, “Montsa” ilk görüşdə eyni hesabla qalib gəlmişdi.
“Montsa” Seriya B mövsümündə “cənub qartalları”ndan yuxarıda yer aldığı üçün (müvafiq olaraq üçüncü və beşinci yerlər) İtaliya çempionatının yüksək liqasına yüksəlib.
Matç Montsadakı “U-Power” stadionunda baş tutub.
39-cu dəqiqədə Felipe Cek hesabı açıb, 78-ci dəqiqədə Ruggero Frosinini komandasının üstünlüyünü ikiqat artırıb.
“Byankorossi”, B Seriyasına düşdükdən cəmi bir il sonra İtaliya yüksək liqasına qayıtmağı bacarıb.
