“Nitsa” növbəti mövsümdə Liqa 1-də yerini təmin edib

30 May 2026 01:06
184
“Nitsa” növbəti mövsümdə Liqa 1-də yerini təmin edib

Liqa 1 təmsilçisi “Nitsa” və Liqa 2 təmsilçisi “Sent-Etyen” arasında keçirilən pley-offun cavab oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyun Nitsadakı “Allianz Riviera” stadionunda keçirilib. Ev sahibi komanda 4:1 hesabı ilə qalib gəlib.

Ev sahibi komandanın yarımmüdafiəçisi Conatan Kloss matçın ilk qolunu ikinci hissədə, 62-ci dəqiqədə vurub. 79-cu dəqiqədə “Sent-Etyen”də oynayan Zuriko Davitaşvili penalti ilə hesabı bərabərləşdirib. 81-ci dəqiqədə hücumçu Kail Budaş “Nitsa”ya üstünlük qazandırdı. 87-ci dəqiqədə Elye Vai ev sahibi komandanın üçüncü qolunu vurub. Nəhayət, 90+3-cü dəqiqədə Elye Vai ikinci qolunu vurub.

İlk oyun 0:0 hesablı heç-heçə ilə başa çatmışdı. Beləliklə, “Nitsa” pley-offu qazanıb və 2026/2027-ci il Fransa Liqa 1 mövsümünə vəsiqə əldə edib.

İdman.Biz