“Barselona”nın yeni transfer etdiyi hücumçu Entoni Qordon “Nyukasl”dan Kataloniya klubuna keçməsi ilə bağlı hisslərini bölüşüb.
İdman.Biz bildirir ki, ingilis cinah oyunçusu beş illik müqavilə imzalayıb.
“Barselona”nın marağını olduqca gec öyrəndim, amma ciddi olduqlarını anladıqdan sonra şübhəm qalmadı. Həmişə burada oynamaq istəmişəm. Bu, planetin ən böyük klubudur. [Oraya köçmək] uşaqlıqdan bəri arzuladığım bir şeydir”, - Qordon mətbuat konfransında deyib.
Daha əvvəl “sağsağanlar”ın direktorlar şurasının və klubun Səudiyyə Ərəbistanındakı sahiblərinin kataloniyalıların 70 milyon avroluq sabit ödəniş təklifini və əlavə ödənişləri qəbul etdiyi bildirilirdi. Son transfer haqqı 80 milyon avronu keçəcək.
