İran və Qambiya arasında keçirilən futbol üzrə yoldaşlıq oyunu başa çatıb.
İdman.Biz bildirir ki, oyun Türkiyənin Antalya şəhərindəki “Mardan” stadionunda baş tutub. Matç İran millisinin 3:1 hesablı qələbəsi ilə bitib.
Qarşılaşmanın ilk qolunu Afrika komandasının müdafiəçisi Ömər Kolli ilk hissənin sonunda, 42-ci dəqiqədə vurub. Aria Yusefi 47-ci dəqiqədə hesabı bərabərləşdirib. 59-cu dəqiqədə İranın müdafiəçisi Ramin Rezaian komandasına üstünlük qazandırıb. 68-ci dəqiqədə hücumçu Mehdi Taremi İranın üçüncü qolunu vurub.
Qeyd etmək lazımdır ki, İran ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatında iştirak edəcək. Onların G qrupundakı rəqibləri Yeni Zelandiya, Belçika və Misirdir.
