“Atletiko Madrid” “Barselona”nın hücumçu Xulian Alvares üçün ilk 100 milyon avroluq təklifini rədd edəcək.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Santi Auna məlumat verib.
Mənbənin məlumatına görə, “Atletiko Madrid” 120-130 milyon avro istəyir. Kataloniya klubu artıq ikinci təklif üzərində işləyir və argentinalı hücumçunu fəal şəkildə izləməyə hazırdır.
Bu mövsüm argentinalı bütün yarışlarda 49 oyunda meydana çıxıb, 20 qol vurub və doqquz məhsuldar ötürmə edib. Alvaresin “Atletiko” ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 90 milyon avrodur.
