Mourinyo “Real Madrid”lə müqavilə imzalayıb – The Athletic

29 May 2026 19:00
96
Mourinyo “Real Madrid”lə müqavilə imzalayıb – The Athletic

Hazırda Lissabon "Benfika"sının sükanı arxasında olan məşqçi Joze Mourinyo “Real Madrid”ə qayıdacaq.

İdman.Biz bildirir ki, bu barədə “The Athletic” jurnalisti və insayder David Ornşteyn məlumat verib.

Mənbənin məlumatına görə, portuqaliyalı menecer artıq “Los Blancos”la müqavilə imzalayıb. Məşqçinin İspaniya klubu ilə müqaviləsi üç illik olacaq. Rəsmi açıqlama 7 iyunda keçiriləcək “Real Madrid” prezident seçkilərindən sonra olacaq.

Mourinyo “Real Madrid”ə 2010-cu ildən 2013-cü ilə qədər rəhbərlik edib. Onun rəhbərliyi altında komanda İspaniya liqasını, İspaniya Kubokunu və İspaniya Superkubokunu qazanıb. Ötən mövsüm “Los Blancos” bir kubok da qazana bilməyib.

İdman.Biz