Kakanın boşanması ilə bağlı iddia yalan çıxdı - FOTO

29 May 2026 17:36
107
Kakanın boşanması ilə bağlı iddia yalan çıxdı - FOTO

Braziliyalı sabiq futbolçu Kaka və keçmiş həyat yoldaşı Karolina Seliko barədə yayılan boşanma iddiası yenidən gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, Seliko Kaka ilə ayrılığın səbəbinin onun “çox ideal” olması barədə yazılanların həqiqətə uyğun olmadığını bildirib.

Karolina Seliko “Metrópoles”ə açıqlamasında heç vaxt Kaka ilə buna görə ayrıldığını demədiyini vurğulayıb. Onun sözlərinə görə, bu fikir 2022-ci ildə verdiyi müsahibənin jurnalist tərəfindən yanlış şərh olunmasından sonra yayılıb.

Seliko bildirib ki, həmin ifadə daha sonra xarici tabloidlər və sosial şəbəkələrdə onun real sitatı kimi təqdim olunub. O, buna görə uzun müddət tənqidlərə və təhqirlərə məruz qaldığını deyib.

Məlumata görə, sözügedən iddia 2024-cü ildə “The Sun” nəşrindəki materialdan sonra daha geniş yayılıb.

Qeyd edək ki, Kaka və Karolina Seliko 2005-ci ildə ailə qurublar. Cütlük 2015-ci ildə ayrılıb və onların iki övladı var.

İdman.Biz