Fransanın PSJ klubunun futbolçuları Çempionlar Liqasını qazandıqları halda böyük məbləğdə bonus əldə edəcəklər.
İdman.Biz xəbər verir ki, bu barədə Fransanın “L'Équipe” nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, Paris klubunun futbolçularına turnirdə qələbəyə görə 1 milyon avro mükafat veriləcək. Bonus məsələsinin komandanın liderləri – Markinyos, Hakimi, Dembele və Vitinya ilə klub rəhbərliyi arasında razılaşdırıldığı qeyd olunub.
Bildirilir ki, PSJ rəhbərliyi futbolçuları tarixi uğur üçün əlavə motivasiya ilə təmin etmək qərarına gəlib. Paris təmsilçisi klub tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olmaq uğrunda mübarizə aparır.
PSJ Çempionlar Liqasının həlledici oyununda İngiltərə təmsilçisi “Arsenal”la qarşılaşacaq.
