İngiltərənin “Vulverhempton” futbol komandası “Nyukasl”dan ayrılan Kiran Trippyerin transferi ilə bağlı razılıq əldə edib.
İdman.Biz xəbər verir ki, 35 yaşlı sağ cinah müdafiəçisi yeni klubu ilə iki illik müqaviləyə razılıq verib. Sözləşmədə müddətin daha bir il uzadılması bəndi də nəzərdə tutulub.
Keçidin rəsmiləşməsi üçün futbolçunun tibbi müayinədən keçməsi gözlənilir. Trippyer ailə tətilindən qayıtdıqdan sonra müayinədən keçəcək və bundan sonra “Vulverhempton”a qoşulacaq.
Qeyd edək ki, Kiran Trippyer “Nyukasl”a 2022-ci ilin yanvarında İspaniyanın “Atletiko Madrid” futbol klubundan keçib. O, “sağsağanlar”ın heyətində bütün turnirlərdə 160 oyuna çıxıb və Liqa Kubokunun qalibi olub.
